REGİONLAR


Sergey Strokin: Məqsədimiz gördüklərimizi, “danışan daşlar”ın ağrısını ictimaiyyətə olduğu kimi çatdırmaqdır VİDEO

Ağdam, 20 noyabr, AZƏRTAC

Ağdamda ermənilərin törətdiyi dağıntılar bizə şok yaşatdı. Başa düşə bilmirsən ki, mədəniyyət abidələri insan ambisiyasının, siyasətinin necə qurbanı ola bilər? Axı, mədəniyyət abidələri ümumbəşəri dəyərləri özündə əks etdirir və insanları birləşdirir. Bu abidələrin hədəf alınması, dağıdılması yolverilməzdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdam şəhərinə səfər edən rusiyalı hərbi ekspert Sergey Strokin deyib.

“Daşların dili yoxdur, amma onlar sənə çox şeyi anlada bilər. Bunu o adam anlayar ki, onun ürəyi, gözü, təfəkkürü var, hər şeyi olduğu kimi görmək və izah etmək qabiliyyətinə malikdir. Burada baş verənlərin, dağıntıların heç bir təbliğata ehtiyacı yoxdur. Sadəcə, gözlərinlə görmək və duymaq yetər. Bizim bura gəlməkdə məqsədimiz gördüklərimizi, “danışan daşlar”ın ağrısını ictimaiyyətə olduğu kimi çatdırmaqdır”, - deyə Sergey Strokin qeyd edib.

İşğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı işlərdən də danışan ekspert, Qarabağın hava məkanı olan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini mühüm hadisə adlandırıb: “Böyük işlər görülür, bu torpaqlarda daha bir neçə aeroport da tikilir. Yayda Şuşaya səfər edəndə genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi oldum. Bilirsiniz, hər bir insan özünə aid olanı daha çox sevər. Burada aparılan işlər dünyaya göstərir ki, bu yerlərin əsl sahibləri kimlərdir. Azad olunan torpaqları tezliklə yenidən qurmaq üçün insanlar gecə-gündüz çalışırlar. Hər çətinliyə rəğmən əl-qolunu çırmalayıb işlərini görürlər. Çünki bu torpaq onlarındır. İşləyən insanlarda böyük ruh yüksəkliyi var. Avtobusla yol gələrkən insanların ağac əkdiklərinin də şahidi oldum. Azərbaycanlılar bu yerlərin təbiətinə də qayğı göstərirlər. Çox sevindim. Ümid edirəm ki, Ağdama növbəti səfərimdə həmin ağacların böyüdüyünün, hər tərəfin gülüstan olduğunun, insanların müharibədən, silahlardan uzaq firavan ömür sürdüyünün şahidi olacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.