MƏDƏNİYYƏT
Şərifə Həsənova: “İter Vitis Qafqaz” Azərbaycan, Gürcüstan və Rusiyanı birləşdirən şərab marşrutudur
Bakı, 27 yanvar, AZƏRTAC
“İter Vitis Qafqaz” Azərbaycan, Gürcüstan və Rusiyanı birləşdirən şərab marşrutudur. Bu istiqamətdə üç ölkə Avropa Şurası ilə birlikdə mədəni marşrut hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Azərbaycan Turizm Bürosunun sektor müdiri Şərifə Həsənova deyib.
O, bildirib ki, qeyd edilən marşrut üzrə turistlər adları çəkilən ölkələri, eyni zamanda, kəşf etmək imkanı qazanacaqlar.
“Bu məqsədlə marşrutun təqdimatını həyata keçirdik. Sonda Azərbaycan, Gürcüstan və Avropa Şurası arasında saziş imzalandı ki, 2020-ci ildə fəaliyyətimizi rəsmiləşdirək və planlarımızı hər üç ölkə olaraq birgə həyata keçirək. Bu ölkələr aralarında təcrübə mübadiləsi də aparacaqlar”, - deyə Ş.Həsənova bildirib.