DÜNYA


Serj Sarkisyan: Ermənistanda demokratiya və konstitusiya normaları pozulur

Bakı, 21 noyabr, AZƏRTAC

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Zaqrebdə keçirilən Avropa Xalq Partiyasının qurultayında çıxışında bildirib ki, Ermənistanda demokratiya və konstitusiya normaları pozulur. O, indiki populist insanların hakimiyyətə gəlməsində öz günahını da etiraf edərək qeyd edib ki, Paşinyan hökuməti heç bir inqilabi dəyişikliklər həyata keçirməyib.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Sarkisyan daha sonra əlavə edib: “İl yarım əvvəl hakimiyyətə gələnlər ölkənin daxili və xarici siyasətinə heç bir inqilabi dəyişiklik gətirməyib. Əksinə, respublikada demokratiya və konstitusiya normaları kobudcasına pozulur. Məhkəmə hakimiyyətinin funksiyaları aşkar şəkildə iflic edilib, siyasi təqiblər baş alıb gedir. Dözümsüzlük və nifrət narahatlıq doğuracaq həddə çatıb”.

Sarkisyan bildirib ki, Paşinyana özünə sərf edən müxalifət lazımdır, Sarkisyan və Koçaryanı isə siyasətdən uzaq tutmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.