DÜNYA


Səudiyyə Ərəbistanı və Misir Cənubi Afrika ölkələrinə aviareysləri dayandırıb

Qahirə, 28 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı və Misir Afrikanın cənubundakı 7 ölkəyə - Cənubi Afrika Respublikası, Namibiya, Botsvana, Zimbabve, Zambiya, Anqola və Mozambikə aviareysləri dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu qərar həmin ölkələrdə koronavirusun yeni “Omrikon” variantının yayılması ilə əlaqədardır.

Səudiyyə Ərəbistanının SPA agentliyinin məlumatına görə, krallığın Daxili İşlər Nazirliyi yuxarıda göstərilən ölkələrdən tranzit yolu ilə gələnlərin, COVID-19 vaksini sertifikatı olmasından asılı olmayaraq, 5 gün müddətinə karantinə alınması barədə göstəriş verib. Bundan başqa, Səudiyyə Ərəbistanı vətəndaşlarına Cənubi Afrika ölkələrinə səyahət etməmək tövsiyə edilib.

Misir hökuməti də Afrikanın cənubuna səyahətləri qadağan edib. Bu ölkənin “Egyptair” aviaşirkəti CAR və “Omrikon” variantının yayıldığı digər ölkələrə aviareysləri dayandırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.