İDMAN
“Sevilya” klubu israilli hücumçunu heyətinə qatıb
Bakı, 17 yanvar, AZƏRTAC
İspaniyanın “Sevilya” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Sevilya” 26 yaşlı israilli Munas Dabburu 15 milyon avroya Avstriyanın “Salzburq” komandasından transfer edib. M.Dabbur mövsümün sonunda “Sevilya” klubuna qoşulacaq.
Futbolçu cari mövsümdə “Salzburq”un heyətində keçirdiyi 18 oyunda 9 dəfə fərqlənib.
Xatırladaq ki, İngiltərənin “Liverpul” klubu da hücumçu ilə maraqlanıb. Lakin klub rəhbərliyi sonradan bu plandan imtina edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]
“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb
- 07.05.2024 [11:55]