SİYASƏT
Sidneydə yaşayan soydaşlarımız 28 May – Respublika Günü münasibətilə fləşmob təşkil ediblər
Sidney, 27 may, AZƏRTAC
Avstraliya İttifaqının Sidney şəhərində yaşayan soydaşlarımız 28 May - Respublika Gününün 103-cü ildönümü münasibətilə fləşmob təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, Sidneyin məşhur “Opera House” teatrının qarşısında bir araya gələn 11 azərbaycanlı gənc “Yallı” rəqsini ifa edib.
Azərbaycan musiqisinin sədaları altında birlik və həmrəyliyi nümayiş etdirən gənclərimiz bu maraqlı fləşmobu 103 il öncə ölkəmizin adını demokratik dövlətlərin sırasına yazan Cümhuriyyətin qurucularına və ötənilki 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbəyə həsr ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Sidney