Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzi adından səmimi təbriklərimizi çatdırım.

Siz çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının mənəviyyatının və vətənpərvərliyinin inkişafının qarantısınız.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası müxtəlif sahələrdə sanballı uğurlar qazanıb. Siz prezident vəzifəsində olduğunuz dövrdə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda milyonlarla həmvətəninizin hörmətini qazanmısınız.

Sizə Azərbaycan Respublikasının və onun xalqının inkişafı naminə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən yeni-yeni zəfərlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirik.

Dərin hörmət və ən xoş arzularla,

İsmayıl Berdiyev

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin