Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri müfti İsmayıl-Hacı Berdiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Bu bahar günlərində Azərbaycan xalqı minnətdarlıq hissi ilə əlamətdar tarixi – böyük şöhrətə malik dövlət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edir.

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi Qafqaz respublikalarının müftilərinin şəxsində azərbaycanlıların müqəddəs hisslərini tam dəstəkləyərək, XX əsrin görkəmli siyasi xadimi, Azərbaycan Respublikasının sabiq Prezidentinin şəxsiyyətinə dərin ehtiramını ifadə edir.

Biz, yaşlı nəslin nümayəndələri Heydər Əliyevin Sovet İttifaqının sənaye bazasının inkişafı prosesində xidmətlərini və töhfələrini çox yaxşı xatırlayırıq. Güclü dövlətin fəlakətini və keçmiş sovet respublikalarında keçid dövrünün problemlərini xatırlayırıq. Sosialist sisteminin süqutu dövrü məhdud dünyagörüşlü və savadsız siyasətbazları hərəkətə gətirdi. Vətəndaş qarşıdurması dövrlərində öz xalqı Heydər Əlirza oğluna müraciət etdi və o, dövlət strukturlarının dağıldığı ağır şəraitdə parçalanmanı dayandırdı, xalqı öz ətrafında birləşdirdi. Onun yüksək istedadı və siyasi müdrikliyi sayəsində Azərbaycan müstəqillik əldə etdikdən sonra ayaqda dura bildi və dünya birliyi dövlətləri arasında özünün layiqli yerini tutdu.

Heydər Əliyevin sülhsevərliyi, insanpərvərliyi öz xalqına dərin ehtiramı respublikada ona ümumxalq sevgisi və böyük nüfuz qazandırdı.

Uca Allaha dua edirik ki, Azərbaycan xalqına rifah və mərhəmət bəxş etsin.

Cənab Prezident, Sizə daha çox güc və dəyanət, Azərbaycan dövlətinə sülh və tərəqqi arzulayırıq.

Hörmətlə,

 

Müfti İsmayıl-Hacı Berdiyev

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin