Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaqubdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza ən səmimi təbriklərimi yetirir, habelə davamlı sülh, xoşbəxtlik və rifah diləyir, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimizi davam etdirdiyimiz bir dövrdə Sinqapur insanların həyatının, yaşayışının qorunması və pandemiyanın təsirinin azaldılması üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək.

Hörmətlə,

 

Xanım Həlimə Yaqub

Sinqapur Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin