REGİONLAR


Şirvanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 30-u 600-dən yuxarı bal toplayıb

Şirvan, 24 avqust, Mahir Babayev, AZƏRTAC

Şirvan şəhərinin ümumtəhsil məktəblərinin XI sinfini bitirən 30 məzunu 600-dən çox bal toplayaraq ali və orta ixtisas təhsili məktəblərinə daxil olub. Bu barədə AZƏRTAC-a şəhər təhsil şöbəsindən bildirilib.

Məlumata görə, 2016-2017-ci tədris ilində Şirvanda fəaliyyət göstərən 14 tam orta məktəbi 657 şagird bitirib. Məzunlardan 383-ü respublikamızın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 276-sı tələbə adını qazanıb. Məzunlardan 30-u 600-dən yuxarı, 42-si isə 500-600 arası bal toplayıb.

Şəhər 1 və 18 nömrəli tam orta məktəblərin şagirdləri qəbul imtahanlarında xüsusilə fərqləniblər. Bu təhsil ocaqlarını bitirən məzunlardan Rüstəm Məmmədli 695, Əli Yusifov 690, Elvin Qaraşlı 675, Azadə İsrafilova isə 673 bal toplayaraq müəllimlərinin etimadını doğruldublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.