REGİONLAR


Siyəzən rayonunun Zarat kəndi ərazisində güclü yanğın başlayıb

Siyəzən, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 14-də axşam saatlarında Siyəzən rayonunun Zarat kəndi ərazisində güclü yanğın başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dənizkənarı ərazidə kol-kos və quru otun yanması ilə başlayan yanğın hazırda geniş sahəyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin Siyəzən, Xaçmaz, Şabran, Xızı rayon və Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə hissələrinin texnika və canlı qüvvələri əraziyə cəlb olunub.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yanğın yaşayış evlərindən uzaqdadır. Buna görə sakinlər üçün heç bir təhlükə yoxdur.

“Hazırda yanğınsöndürənlər alovun söndürülməsi üçün çalışırlar. Havanın küləkli olması işi çətinləşdirir. Kənd üçün heç bir təhlükə yoxdur”, - deyə V.Şahbazov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.