REGİONLAR
Siyəzəndə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ağacəkmə aksiyası təşkil olunub
Siyəzən, 10 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 10-da Siyəzəndə ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə abidəsi önünə gül dəstələri qoyaraq ruhuna ehtiram nümayiş etdiriblər.
Siyəzən rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar növbəti ağacəkmə kampaniyası da keçirilib. Ekoloji tədbir zamanı rayonun müxtəlif ərazilərində 800 ədəd ağac əkilib. Müvafiq qurumlara əkilən ağaclara qulluq göstərilməsi və rayon ərazisindəki yaşıllıqların qorunması istiqamətində tapşırıqlar verilib.