Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahora

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və dost Sloveniya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Sloveniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin mənafelərinə xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19-la mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Sloveniya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə daim rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin