İQTİSADİYYAT


Smartfon telefonu olan şəxslər “Yeni nəsil rəqəmsal imza”ya sahib ola biləcək

Bakı, 11 fevral, AZƏRTAC

Smartfon telefonu olan istənilən şəxs “Yeni nəsil rəqəmsal imza”ya sahib ola biləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 11-də “Yeni nəsil rəqəmsal imza” məhsulunun təqdimatı tədbirində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

O bildirib ki, bu məhsul elektron xidmətlərin əlçatanlığını artıracaq. Yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.

“Yeni yaradılan məhsul Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək, onlayn xidmətlərdən istifadəni təşviq edəcək”, - deyə müşavir əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.