CƏMİYYƏT


Soçidə Şən və Hazırcavablar Klubu komandalarının yubiley festivalı keçiriləcək

Moskva,8 yanvar, AZƏRTAC

Yanvarın 12-dən 25-dək Soçidə Şən və Hazırcavablar Klubu komandalarının XXX Beynəlxalq yubiley festivalı (“KiViN-2019”) keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Şən və Hazırcavablar Klubu komandalarının Beynəlxalq festivalında iştirak etmək üçün Rusiyanın onlarla şəhərindən 600-dən çox iştirakçı, həmçinin Azərbaycan, Estoniya, Almaniya, Böyük Britaniya, İsrail, Özbəkistan, Qazaxıstan və digər ölkələrin komandaları qeydiyyatdan keçiblər.

Festival çərçivəsində yanvarın 13-dən 17-dək komandaların müsabiqə baxışının ilk turu keçiriləcək. İlk mərhələdə Şən və Hazırcavablar Klubunun yüksək liqa və premyer liqasının komandaları çıxış edəcəklər. İkinci turun yanvarın 19-20-də keçirilməsi nəzərdə tutulur, yanvarın 24-dən etibarən isə ənənəvi olaraq Qış Teatrında təşkil olunan və Rusiyanın Birinci kanalı ilə göstərilən final konsertinin çəkilişləri olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.