SİYASƏT


Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub

Sofiya, 13 iyun, AZƏRTAC

İyunun 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Xəbərlərin gələcəyi” devizi altında keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub.

İclasda Azərbaycanın AZƏRTAC, Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Səudiyyə Ərəbistanının SPA, ABŞ-ın Associated Press, Küveytin KUNA, İspaniyanın EFE və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Şura iclasında Dünya Xəbər Agentlikləri Konqresinin növbəti prezidentinin seçilməsi və VII Konqresin keçiriləcəyi ölkə barədə ətraflı müzakirələr aparıldı. Şura üzvləri Konqresin prezidentliyinə bir neçə namizəd olduğuna görə bu iclasda yekun qərara gələ bilmədilər, növbəti dəfə - cari il dekabrın 2-də Londonda yenidən görüşmək və məsələləri bir daha müzakirə etmək barədə razılığa gəldilər.

Şura iclasında, həmçinin VI Konqresin gündəliyi müzakirə olundu, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.