DÜNYA


Solt-Leyk-Siti şəhərətrafı qəsəbədəki ticarət mərkəzində atışma nəticəsində iki nəfər yaralanıb

Vaşinqton, 14 yanvar, AZƏRTAC

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərətrafı qəsəbəsində yerləşən “Fashion Place” ticarət mərkəzində naməlum şəxslər tərəfindən atışma nəticəsində təxminən 20 yaşlarında iki nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, hər iki şəxs yerli hospitala yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Polisin məlumatına görə, insidentlə bağlı 3 nəfər axtarılır. Hüquq-mühafizə orqanlarının nümayəndələri ehtimal edirlər ki, atışma cinayətkar qrupun fəaliyyəti ilə bağlı ola bilər.

Ticarət mərkəzinə gələnlər əlləri yuxarı vəziyyətdə polis tərəfindən binadan çıxarılıblar. Solt-Leyk-Sitinin tam mərkəzində yerləşən ticarət obyekti ən çox ziyarət olunan yerlərdən biridir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.