DÜNYA


Sorğu: Gürcüstan əhalisinin böyük əksəriyyəti ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Tbilisi, 20 may, AZƏRTAC

Gürcüstan əhalisinin böyük əksəriyyəti ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qafqaz Təhqiqatları Resurs Mərkəzi (CRRC) və Milli Demokratiya İnstitutunun (NDİ) birgə keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, bu iki təşkilat martın 28-dən aprelin 15-dək Abxaziya və Tsixinvali regionu istisna olmaqla Gürcüstanın digər bölgələrində 2 min 927 respondent arasında sosioloji sorğu keçirib.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 77 faizi Gürcüstan hökumətinin Avrointeqrasiya siyasətini dəstələyir və ölkənin Avropa İttifaqına üzv olmasını istəyir.

Respondentlərin 13 faizi Gürcüstanın Avropa İttifaqına üzvlüyünün əleyhinə çıxış edib, 10 faiz isə məsələyə münasibət bildirməyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.