CƏMİYYƏT
Sosial Tədqiqatlar Mərkəzi media ilə bağlı tədbirlər həyata keçirəcək
Bakı, 22 dekabr, AZƏRTAC
İslahatlar məsələsi bizim araşdırmamızın əsas hissəsini təşkil edir. Bu istiqamətdə də bir sıra planlarımız mövcuddur. Media ilə bağlı yeni qanunvericilik aktı və bu istiqamətdə dəyişikliklərlə bağlı müxtəlif tədbirlərimiz həyata keçiriləcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin(STM) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc söyləyib.
STM İdarə Heyətinin sədri qeyd edib: “Biz inam indeksi kateqoriyasında Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin artıq regional və dünyəvi xarakter daşımasını nəzərə alaraq, dövlətimizin atdığı addımlara ictimai münasibətin öyrənilməsini həyata keçirəcəyik. Həmçinin sığorta bazarı və iqtisadi xarakterli bir sıra məsələlərlə bağlı önəmli araşdırmalarımız var”.