CƏMİYYƏT


Soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar

Bakı, 3 iyun, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə 14-cü məhəllə ərazisində üç nəfərin H.Z.Tağıyev qəsəbə sakini F.Ağammədovun 237 manat məbləğində pulunu açıq talama yolu ilə alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Kimyaçılar qəsəbə sakinləri A.Əliyeva, T.Paşayev və oğlu polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.