CƏMİYYƏT
Soyğunçuluq törətməkdə və avtomobil oğurluğunda şübhəli bilinən şəxslər tutulublar
Bakı, 3 oktyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları soyğunçuluqla və oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini X.Zülfüqarlı oktyabrın 1-də saat 21 radələrində iki nəfərin ona zor tətbiq edərək qol saatını aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər - Ağdam rayon sakinləri Ş.Zeynalov və əvvəllər məhkum olunmuş T.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə müraciət edən Sahil qəsəbəsi sakini E.Cəfərov sentyabrın 30-da saat 21 radələrində qəsəbədən “BMW” markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsinin törədildiyini bildirib. Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Qəbələ sakini Ə.Osmanlı əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları isə sentyabrın 3-də rayondakı marketlərin birindən 1392 manat oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Y.Nuriyevi tutublar.
Hər üç faktla bağlı araşdırmalar aparılır.