İQTİSADİYYAT


“Star” Neft Emalı Zavodunun anbar tutumu 2,2 milyon kubmetrədək artacaq

İstanbul, 1 dekabr, AZƏRTAC

“Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gündəlik 35 min kubmetr xam neft işləmə qabiliyyətinə malik olan neft emalı zavodunun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatıb: “Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə investisiyalar qoyulur. Bu investisiyalar başa çatdıqda, “Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. Bu həcm ildə 11 milyon ton neft emal edən bir neftayırma zavodu üçün ideal ölçüdür”, - deyə baş direktor vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.