Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Star”ın açılışı: növbəti uğurlu addımın geosiyasi çalarları

“Star”ın açılışı: növbəti uğurlu addımın geosiyasi çalarları

Bakı, 26 oktyabr, AZƏRTAC

“newtimes.az” portalında “Star”ın açılışı: növbəti uğurlu addımın geosiyasi çalarları” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Müasir dünyada konkret proqramların reallaşması asan proses deyil. Bütün bəşəriyyəti bürümüş müxtəlif xarakterli böhranlar qarşıya xeyli çətinliklər çıxarır. Xüsusilə Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi mənzərə xeyli mürəkkəbdir. Təcrübə göstərir ki, Azərbaycanın həyata keçirmək istədiyi hər bir böyük və əhəmiyyətli layihəyə əngəl yaratmaqda maraqlı olan dairələr mövcuddur. Bunu “Əsrin müqaviləsi”ndə, TANAP və TAP-ın razılaşdırılmasında, Cənub Qaz Dəhlizinin həyata keçirilməsində gördük. Azərbaycanın xaricdə ən böyük investisiya layihəsi olan “Star” neft emalı zavodunun istifadəyə verilməsi bu bağlılıqda çox mühüm geosiyasi və geoiqtisadi hadisədir. Bu barədə zavodun açılışında söylədikləri geniş və dərin məzmunlu nitqlərində Azərbaycan və Türkiyə dövlət başçıları dolğun fikirlər ifadə ediblər. Biz həmin məqamlar üzərində geniş dayanmağa ehtiyac duyduq.

Praqmatik və faydalı: iki qardaş ölkənin dünyaya əməkdaşlıq nümunəsi

Azərbaycan növbəti uğuruna imza atdı. Qardaş Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı oldu. Bu hadisənin geosiyasi və geoiqtisadi əhəmiyyətini onun istehsal imkanları fonunda daha aydın dərk etmək mümkündür.

“Star” zavodu Türkiyənin ilk və yeganə neft-kimya kompleksi olan “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib. Azərbaycanın neft şirkəti - SOCAR 2008-ci ildə Türkiyənin “TURKAS” şirkəti ilə birlikdə “Petkim”ə məxsus neft-kimya zavodunun 51 faizinə sahib olub. “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Türkiyədəki neft-kimya zavodları ölkənin tələbatını ödəyə bilmir. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi “Star” zavodunun istifadəyə verilməsi bu istiqamətdə ciddi dəyişikliklər edə bilər. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Bu zavod illik 1,6 milyon tonluq istehsalla Türkiyənin təyyarə yanacağına olan tələbatını ödəyəcək.

“Star” zavodu 5 milyon ton dizel yanacağı istehsal edəcək. Bu, Türkiyədə ümumi istehlakın 20 faizini təmin edəcək. Bununla da qardaş ölkənin dizel yanacağı idxalı 40 faizə enəcək. “Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəti 10 ildə isə bu rəqəmin hər il 864 milyon dollar olacağı proqnozlaşdırılır. Ümumilikdə, Türkiyə xarici ticarət balansındakı cari kəsirini 1,5 milyard dollar azalda biləcək.

Bunlardan başqa, “Star”ın fəaliyyəti Türkiyədə mayeləşdirilmiş qazın idxal səviyyəsini 70 faizə endirməyə imkan verəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq. Onu da vurğulayaq ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyədə ən böyük xarici sərmayəçidir.

Bu rəqəmlər onu göstərir ki, “Star” zavodunun istifadəyə verilməsi yalnız iqtisadi faktorlarla bağlı deyil. Söhbət iki qardaş dövlətin bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzrə fəaliyyət göstərməsindən gedir. Həmin mənada zavodun tikintisinin geosiyasi və geoiqtisadi əhəmiyyəti böyükdür. “Star”ın açılışında Azərbaycan və Türkiyə prezidentlərinin söylədikləri dərin məzmunlu nitqdə həmin kontekstdə konkret fikirlər yer alıb.

Azərbaycan Prezidenti çıxışının əvvəlində vurğulayıb: “Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”. Deməli, bu layihə ölkələrimizin liderlərinin güclü siyasi iradəsinə əsaslanmaqla iki dövlətin dostluq və qardaşlığından ilham alıb və buna görə də uğurla həyata keçirilib.

Azərbaycan rəhbərinin bu məqamları xüsusi vurğulaması Türkiyə ilə əlaqələrin inkişafının müasir reallıqlar, qlobal siyasətin əsas trendləri və regional əməkdaşlığın özəllikləri nəzərə alınaraq davam etdiyini göstərir. Buradan Azərbaycanın müstəqil və suveren dövlət olaraq daim öz milli maraqlarına üstünlük verdiyi qənaətini də nəzərə almaq mümkündür. Bu sırada İlham Əliyevin nitqində qətiyyətlə aşağıdakı fikirləri ifadə etməsi, dövlət başçısının yüksək siyasi iradəyə sahib olmasını və dövlət quruculuğunda məqsədləri çox dəqiq müəyyənləşdirdiyini bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti “Star Rafineri”nin açılış mərasimində ifadə edib: “...bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlərboyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik”.

Tarixi zərurətdən müasirliyə: regional liderliyə doğru inamla

Ölkə rəhbəri bu fikirlərdə çox lakonik olaraq əhəmiyyətli bir geosiyasi məqamı vurğulayıb. Azərbaycanla Türkiyə tarixi, siyasi, geosiyasi və əməkdaşlıq baxımından əbədi olaraq bir yerdə olmalıdırlar. Son 100 il müddətində onların bir-birindən aralı düşməsi qanunauyğunluq deyil, istisnadır. Azərbaycan müstəqillik əldə edəndən sonra yenidən bir yerdə olmağa heç bir maneə qalmayıb. Yəni, Azərbaycan və Türkiyə nə qədər ki, müstəqil və suverendirlər - daim birgə olacaqlar! Budur, İlham Əliyevin fikirlərinin vacib geosiyasi anlamlarından biri!

Çox qürurvericidir ki, Azərbaycanın dövlət başçısı bu kimi fikirləri ölkəmizin həyata keçirdiyi və birbaşa iştirakçısı olduğu beynəlxalq layihələrin açılışında ifadə edir. Çünki bir sıra dövlətlərin liderləri ancaq ümumi ifadələrlə kifayətlənir, konkret nümunə göstərə bilmirlər. Azərbaycan Prezidenti isə konkret olaraq reallaşan layihələrin istifadəyə verilməsi zamanı fikir söyləyir. İlham Əliyevin “Star” zavodunun açılış mərasimində Bakıda keçirilmiş hərbi paradla bağlı yenə də fikir ifadə etməsini məhz bu kontekstdə dərk etmək gərəkdir. Ölkə rəhbəri Əliağada ifadə edib: “Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir”.

Türkiyə Prezidenti də Azərbaycanın dövlət başçısının fikirləri ilə səsləşən məqamlara toxunub. Rəcəb Tayyib Ərdoğan deyib: “Bu gün “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir”.

Deməli, Türkiyə tərəfi də hesab edir ki, “Star”ın açılışı yalnız iqtisadi əhəmiyyətə malik deyil, o həm də ciddi geoiqtisadi hadisədir ki, bütün dünya bunu qəbul edir. Hər kəs anlayır ki, “Star”ın istifadəyə verilməsi Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələrinin strateji miqyasını daha da gücləndirir. Bu bağlılıqda Türkiyə Prezidenti tarixi bir tezis də irəli sürüb. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin fikirləri ilə tam razılaşaraq bəyan edib: “Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir”.

Hesab edirik ki, bu, iki praqmatik fəaliyyət göstərən, qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanan müstəqil dövlətin ciddi geosiyasi və geoiqtisadi uğurudur. Ekspertlər vurğulayırlar ki, Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı hər bir layihə bütövlükdə regional və qlobal əməkdaşlığa, təhlükəsizliyə, sabitliyə və barışa xidmət edir. Bu özəlliyinə görə, bu dövlətlərin əməkdaşlıqlarının tayı-bərabəri yoxdur.

Şübhə yoxdur ki, Azərbaycan və Türkiyə rəhbərlərinin Əliağadan dünyaya verdikləri mesaj çox yerinə düşüb. Bir sıra dairələr Cənubi Qafqazda ancaq öz maraqlarını təmin etməyi düşünərək hərəkət edirlərsə və bu zaman ədaləti, obyektivliyi, beynəlxalq hüququn normalarını unudurlarsa, Ankara və Bakı qarşılıqlı olaraq fayda verən proqramları həyata keçirirlər. Bu, əyani nümunədir, başqaları üçün də fəaliyyət fəlsəfəsidir! Dünyanın türk dövlətlərindən nümunə götürmək zamanı çatıb!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib