İQTİSADİYYAT


Strateji Yol Xəritəsi: “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi başa çatdırılacaq

Bakı, 20 dekabr, AZƏRTAC

Ölkənin təbii resurslar bazasından optimal istifadə edilməsi məqsədilə beynəlxalq dağ-mədən və metallurgiya şirkətləri ilə əməkdaşlıq intensivləşdiriləcək, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar

Cəmiyyətinin özəlləşdirilməsi başa çatdırılacaq. Dəmir konsentratı yuvarının istehsal həcmləri artırılacaq. Qara metallurgiyanın emal mərhələlərini əhatə edəcək müəssisələr şəbəkəsinin yaradılması təşviq ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Yerli xammal bazasının hərtərəfli qiymətləndirilməsi nəticəsində ilkin mərhələdə yerli alunit və boksitlərdən, həmçinin neft sənayesinin (anod blokları) imkanlarından yararlanmaqla alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabına

qarşılanması məsələsinə baxılacaq. Alüminiumdan son məhsul istehsal edəcək emal müəssisələrinin yenidən qurulması üçün tədbirlər görüləcək.

Göstərilmiş tədbirlərin yerinə yetirilməsi 2020-ci ilədək ölkənin dağ-mədən və metallurgiya sektorunda yerli xammal potensialından tam istifadə olunmasına, polad və alüminiuma yerli tələbatın qarşılanmasına, həmçinin artan istehsal səbəbindən maşınqayırma sektoruna sifarişlərin çoxalmasına şərait yaradacaq. Bu prioritetin 2020-ci ildə real ümumi daxili məhsula (ÜDM) gözlənilən təsirinin 1 milyard manat olacağı proqnozlaşdırılır.

Əlvan metallurgiyanın ÜDM-ə təsirinin hesablanması təbii ehtiyatların həcminin və keyfiyyətinin, həmçinin alunitdən alüminium almaq üçün texnologiyanın qiymətləndirilməsi aparıldıqdan sonra həyata keçiriləcək.

Əsas icra göstəriciləri: qara metallurgiyanın yerli xammal bazasından tam istifadənin təmin olunması; yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi; maşınqayırma sektoruna sifarişlərin çoxalması.

Prioritetlər çərçivəsində tədbirlərin əhatə dairəsi nəzərə alınaraq, dəmir filizi kompleksinin və emal müəssisələrinin tikilməsi üçün 2020-ci ilədək 2 milyard manat həcmində vəsaitin tələb ediləcəyi proqnozlaşdırılır. Lakin müəyyən əlavə nəticələrin

əldə edilməsi planları hesabına bu məbləğ arta bilər (investisiya tələbinin dəqiqləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılması zəruridir).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.