Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülh və İnkişaf Naminə Dünya Elm Günü

Sülh və İnkişaf Naminə Dünya Elm Günü

Bakı, 10 noyabr, AZƏRTAC

Hər il noyabrın 10-nu Sülh və İnkişaf Naminə Dünya Elm Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır.

Dünya Elm Günü bütün maraqlı tərəfləri - dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəb şagirdlərinə qədər elm mövzusunda sülh və inkişaf naminə səfərbər etmək üçün bir fürsət verir. UNESKO hər kəsi bu gün öz tədbirini təşkil edərək Dünya Sülh və İnkişaf naminə Elm Gününün qeyd olunmasına qoşulmağa çağırır.

Sülh və İnkişaf naminə Dünya Elm Günü cəmiyyətlərin dinc və davamlı inkişafı üçün elmin rolu barədə ictimaiyyətin məlumatlandırılmasını, müxtəlif ölkələr arasında elmi nailiyyətlərin paylaşılması üçün milli və beynəlxalq həmrəyliyi təşviq etməyi, elmin cəmiyyətin xeyrinə istifadəsinə dair milli və beynəlxalq öhdəliyi yeniləməyi, elmin qarşılaşdığı problemlərə diqqət çəkməyi və elmi fəaliyyətə dəstəyi artırmağı qarşısına vəzifə qoyub.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Heç kimi geridə qoymadan açıq elm” şüarı altında qeyd olunur.

Son illərdə əldə olunan nailiyyətlərə baxmayaraq yenə də elm, texnologiya və yeniliklərdə ciddi fərqlərin şahidi oluruq. Bu fərqləri və mövcud boşluqları aradan qaldırmaq üçün “Açıq elm”i inkişaf etdirmək vacibdir.

Elmi məlumatların, araşdırmaların nəticələrinin, fərziyyələrin və fikirlərin açıq mübadiləsi elmi prosesin əsas elementidir. Bu mənada “Açıq elm” elmi tədqiqat və məlumatların hamı üçün əlçatan olması üçün böyüyən qlobal bir hərəkatdır.

Elmi əməkdaşlığın möhkəmləndirilməsi, yeni texnologiyaların inkişafı və tətbiqi baxımından “Açıq elm”in əhəmiyyətli potensialı var. Elmi layihələrin həyata keçirilməsi inkişaf etməkdə olan ölkələrdə, inkişaf etməkdə olan kiçik ada dövlətlərində, xüsusilə Afrika ölkələrində davamlı inkişaf məqsədlərinə çatmaqda “Açıq elm” dəyişiklik edə bilər.

Dünya Elm Günü münasibətilə UNESKO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi “Heç kimi diqqətsiz qoymamaq” öhdəliyinə əsaslanır. Əvvəlki dövrlərdə olduğu kimi bu gün də biliklərə sahib olmaqda eksklüzivlik bərabərsizliyə, sosial münaqişəyə səbəb ola bilər. Planetimizin iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və təbii fəlakətlər kimi getdikcə artan problemlərlə üzləşdiyi bir dövrdə elmi biliklərin inkişafı hər zamankından daha vacib olmağa başlayır. Bu problemləri həll etmək üçün elmə, elmi və texniki inkişafa, o cümlədən innovativ ideyalara qoyulan investisiyaların həcmini artırmaq lazımdır.

Bəşəriyyətin üzləşdiyi qlobal problemlər bütün dünya ölkələrinin və bütün vətəndaşların iştirak etdiyi qlobal cavab tələb edir. Belə bir yanaşma 2030-cu ilədək Gündəliyin və Davamlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi üçün vacibdir. Birgə iştirak elmin özünəməxsus xüsusiyyətlərindən biridir. Problemlərin həlli və tədqiqat nəticələrinin yayılması prosesində çoxşaxəli bir yanaşmanın tətbiqi yeni biliklərin toplanmasına öz töhfəsini verir. “Açıq elm”in məqsədi elmi informasiyaların, biliklərin və məlumatların hamı üçün əlçatanlığını təmin etməkdir. İnformasiya əldə etmək imkanlarını genişləndirməklə elm adamları, ixtiraçılar, mühəndislər, sahibkarlar və adi vətəndaşlar elm, texnologiya və innovasiya sahəsində araşdırma aparmaq imkanı əldə edəcəklər. Elmə belə bir yanaşma elmi fəaliyyətin nəticələri üçün şəffaflığı və hesabatlılığı artırmaqla yanaşı, hamı üçün bərabər imkanlar yaratmağa kömək edəcəkdir. Bu hədəfləri rəhbər tutan UNESKO, builki Sülh və İnkişaf naminə Dünya Elm Günü üçün “Heç kimi geridə qoymadan açıq elm” şüarını seçib.

UNESKO açıq elmin potensialından istifadə etməyə yönəlmiş bu qlobal dialoqda aparıcı rolu öz üzərinə götürməyə hazırdır. Qlobal nöqteyi-nəzərdən elmi informasiyalara və məlumatlara açıq çıxış elm, texnologiya və innovasiya sahəsindəki boşluqların doldurulmasına, elmi və texnoloji tərəqqinin bütün bəşəriyyətin xeyrinə istifadə edilməsinə və heç kimin diqqətdən kənarda qalmamasına təminat verəcəkdir.

Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESKO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESKO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib.

Bu gün elan edildikdən sonra Sülh və İnkişaf naminə Dünya Elm Günü UNESKO-nun bir çox konkret layihə və proqramların mənbəyi, eyni zamanda dünyada elmin maliyyələşdirilməsi sahəsində xidmətlər edir. Münaqişə zonalarında elm adamları arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verib. Sülh və İnkişaf naminə Dünya Elm Günü beynəlxalq birliyə elmi və texnoloji nailiyyətlərin sülh və inkişafı, bəşər sivilizasiyasının rifahı üçün istifadə edilməsinin vacibliyini xatırladır.

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Bu gün elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və “Huawei Technology” arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib

Ekspert: Payız mövsümü turizm sektoru üçün həm keçid, həm də strateji planlaşdırma dövrüdür

Almaniyada elektrik şəbəkəsinə qarşı təxribatlar törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan və Gürcüstan arasında nəqliyyat-logistika infrastrukturu üzrə əməkdaşlıq genişləndirilir

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

UNEC-in dosenti: Professor Əziz Səncər Türk dünyası ölkələrinin gənclərinə dəstək göstərir

Andriy Maksimoviç: Azərbaycan Orta Dəhliz üzərində əvəzolunmaz qovşaqlardandır

ASF: Aqrar sığorta ödənişlərinin 86 faizindən çoxu təbii fəlakət riskləri ilə bağlı olub

İsa Həbibbəyli: Əziz Səncər Türk dünyasının və dünya elminin fəxri olan görkəmli alimdir

Ekspert: Yeni subsidiya mexanizmləri istehsal və emal sənayesi arasında əlaqələri gücləndirəcək

® “Expressbank” Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

Dmitro Şlapaçenko: Azərbaycanın milli koordinator təcrübəsi digər ölkələr üçün faydalı ola bilər

Politoloq: Şuşanın dağı-daşı canlı tarixidir

Dmitro Şlapaçenko: İqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq vacibdir

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

® “PAŞA Real Estate” Formula 1 “Qatar Airways Azerbaijan Grand Prix 2026”nın tərəfdaşı oldu VİDEO

® “PAŞA Real Estate” Formula 1 “Qatar Airways Azerbaijan Grand Prix 2026”nın tərəfdaşı oldu VİDEO

Gələn ilin birinci yarısında Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək

Naxçıvanda məhsul istehsalında 22 faiz artım qeydə alınıb

Şəhidlərin adının əbədiləşdirilməsi peşəkar estetik yanaşma və hüquqi məsuliyyət tələb edir RƏY

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

"Neftçi" heyətini kanadalı basketbolçu ilə gücləndirib

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“...Südsüz qaldıq”: Səməd Vurğunun oğlunun yaddaşında qalan xeyirxahlıq hekayəsi

Fuad Muradov: Azərbaycan diasporla iş sahəsində İƏT ölkələri ilə sıx əməkdaşlığın tərəfdarıdır

Asiya İnkişaf Bankı Xəzər, Qara dəniz və CAREC regionunda limanlara gələcək investisiyaları dəstəkləyəcək

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

Yardımlıda rəqəmsal mühitdə narkotik risklərinə qarşı maarifləndirmə aksiyası təşkil olunub

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

AFFA gənclər liqalarında oyun formatları müzakirə olunub

Qazaxıstanda latın qrafikasına keçidin müddəti hələ müəyyən edilməyib

Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində yeni tədris ili başlayıb

BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi

Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Şuşadadırlar

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO

Harri və Meqan Kral Çarlzın adından göndərilən məktuba təəccübləniblər

Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar edib, yaralılar var

Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb – EKSKLÜZİV

Əmrah Həsənli: Süni intellekt dövründə savadlılıq məlumatı bilmək deyil, onu düzgün dəyərləndirmək bacarığıdır

Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır

Komitə sədri: Hibrid yaşıl dəhlizlər vasitəsilə bir-biri ilə əlaqəli sistemlər yaratmağı hədəfləyirik

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

COP31 Gənclər Çempionu: Bizim nəslimiz gələcək iqlimi irs olaraq təhvil alacaq

AZAL Ciddəyə uçuşları bərpa edir

İsveç məktəbliləri PISA tarixində ən aşağı nəticələri göstəriblər

Kəlbəcərdə ilk əmək yarmarkası: 90-dan çox vakansiya təqdim olundu VİDEO

Kəlbəcərdə ilk əmək yarmarkası: 90-dan çox vakansiya təqdim olundu VİDEO

“Mançester Yunayted” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB VİDEO

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB VİDEO

Xorvatiyanın idxal və ixrac etdiyi tullantıların miqdarı açıqlanıb

Angela Merkel AfD ilə mübarizədə yeni siyasi yanaşmaya çağırıb

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 23,2 milyon manatı vətəndaşlara qaytarılıb

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub

Şahzadə Corc Eton Kollecində təhsilə başlayıb

Müharibə dövründə İranda 27 hava limanına ziyan dəyib

“Kəpəz” - “Qəbələ” oyunundan əvvəl Mehman Hacıyevin xatirəsi yad ediləcək

“Atlantic Council”: Qara dəniz Rumıniya üçün əsas risk istiqamətinə çevrilir

Birləşmiş Krallıqda təhsil alacaq Dövlət Proqramı təqaüdçüləri ilə görüş

Azərbaycan və Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Fatma Varank: COP31 gənclərin COP-u olacaq

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

Riyaziyyat müəllimi bərabərsizliklərin isbatı üsullarını nümayiş etdirib VİDEO

Riyaziyyat müəllimi bərabərsizliklərin isbatı üsullarını nümayiş etdirib VİDEO

Yalçın Rəfiyev: Azərbaycan uşaq və gənclər məsələsini qlobal iqlim gündəliyinin yuxarı pillələrinə yüksəldib

Bakı, Naxçıvan və Gəncə hava limanları 5,7 milyondan çox sərnişinə xidmət göstərib

Səkkiz ayda istehlakçılara 140 milyon manatadək ƏDV məbləği qaytarılıb

PISA 2025: Baza səviyyəsindən aşağı nəticə göstərən şagirdlərin nisbəti azalıb

Bakıda Trans-Xəzər multimodal rəqəmsal dəhlizinin təşviqinə dair beynəlxalq seminar baş tutub

Sai Sharan Panda: Rəqəmsal texnologiyalar enerji zəncirində emissiyaların azaldılmasına kömək edir

Azərbaycanın oxu savadlılığı nəticəsində 40 bal artım – PISA 2025

Fond rəhbəri: İstilik və elektrik enerjisi sektorları arasında inteqrasiyada rəqəmsal infrastruktur mühüm rol oynayır VİDEO

Fond rəhbəri: İstilik və elektrik enerjisi sektorları arasında inteqrasiyada rəqəmsal infrastruktur mühüm rol oynayır VİDEO

PISA yüksəlişi: riyaziyyatda 63 bal artım

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17 faizdən çox artıb

Prezidentin nümayəndəsi: Dövlət gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəkləyir

Beynəlxalq tədbirdə Azərbaycanın balıqçılıq və akvakultura sahəsində həyata keçirdiyi islahatlardan danışılıb

“Sabah” klubundan gələcəyə 10 milyonluq investisiya: Uşaq futbolunda yeni dövr

Agentlik sədri: Azərbaycanda dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılması hədəflənir VİDEO

Agentlik sədri: Azərbaycanda dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılması hədəflənir VİDEO

FAO-nun tədbirində Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə iki pilot layihənin icrası müzakirə olunacaq

Nazirlik: 1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

Sabiq baş nazir: Dövlət qurumları geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidir VİDEO

Sabiq baş nazir: Dövlət qurumları geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidir VİDEO

Rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi hər ay təxminən 5 milyon səhifə kağızın istifadəsinin qarşısını alır

Göygöldə Moruq və Aqrar Biznes festivallarından FOTOLAR

BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunub YENİLƏNİB 2

Tarixçi-alim: Daşlar tariximizin ən qədim mənbələridir

Nazir müavini: Azərbaycanda rəqəmsal transformasiyanın ekoloji dayanıqlılığının artırılması istiqamətində tədbirlər görülür

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər FOTO VİDEO

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər FOTO VİDEO

Türkiyədə inşaat işçisi oğluna Ronaldunun adını verib

Azərbaycanın PISA yüksəlişi: təbiət elmlərində 60 bal artım!

Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı rekord həddə çatıb

Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib – Sərəncam

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub VİDEO

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub VİDEO

PISA 2025 nəticələri üzrə Azərbaycan ən yüksək irəliləyiş göstərən ikinci ölkə oldu

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb - RƏSMİ

Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı