İQTİSADİYYAT


Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmirinə başlanılıb VİDEO

Bakı, 14 yanvar, AZƏRTAC

Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmirinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmiri işlərinə başlanılıb. Başlanğıcını Xocəsən-Lökbatan avtomobil yolunun əvvəlindən götürən küçənin ümumi uzunluğu 3150 metr təşkil edir. Küçənin 1150 metrlik hissəsinin eni 4-7 metr arası, 2 kilometrlik hissəsində isə 7-8 metr arası dəyişir.

Hazırda küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, qreyderlə profilə salınaraq hamarlaşdırılır. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bu işlərin ardınca küçənin zəruri olan hissəsində yeni piyada səkilərinin salınması, mövcudlarının isə bərpası nəzərdə tutulub.

Təmir-tikinti işləri çərçivəsində küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.