Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinin birinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Hökümə Çingiz qızı Babayeva,

Ruhiyyə Orucəli qızı Əsgərova,

Fuad Əli oğlu Məmmədov,

Məhəmmədəli Əsəd oğlu Rzayev.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                  O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin