Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Sumqayıt şəhərində YAP-ın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Azərbaycan Prezidenti, partiyanın Sədri İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. YAP-ın VII Qurultayı isə partiyamızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrdəki siyasi proseslərdən, AXC-“Müsavat” hakimiyyətinin dövlətçiliyi məhvə sürükləyən siyasətindən bəhs edib. Zakir Fərəcov bildirib ki, müstəqilliyinə yeni qovuşmuş Azərbaycanın suverenliyini təhlükə qarşısında qoyan AXC-“Müsavat” hakimiyyətinin yürütdüyü yarıtmaz siyasət ölkədə anarxiyaya, vətəndaş qarşıdurmasına səbəb oldu. Belə bir zamanda Azərbaycan xalqı dövlətimizin xilaskarı olan ulu öndər Heydər Əliyevə üz tutdu və onu yenidən hakimiyyətə dəvət etdi. Bu, tarixi zərurət idi. 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqımızı bütün çətinliklərdən xilas etdi. Ulu Öndər Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərək ölkəmizi tərəqqi yoluna çıxardı.

Zakir Fərəcov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının böyük nailiyyətlər qazandığını vurğulayıb. Ötən dövr ərzində Azərbaycanın dinamik inkişaf etdiyini qeyd edən icra hakimiyyətinin başçısı bu inkişafın Sumqayıt şəhərində də özünü ifadə etdiyini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin Sumqayıtın inkişafı naminə xidmətlərini xatırladan Zakir Fərəcov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, dövlətimizin başçısı Sumqayıta 31 dəfə səfər edib və Prezidentin diqqəti sayəsində Sumqayıt inkişaf edən, müasir şəhərə çevrilib. İcra hakimiyyətinin başçısı şəhərdə aparılan abadlıq və quruculuq işlərində YAP üzvlərinin də fəal iştirak etdiyini söyləyib.

Sonra tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının təsis konfransına sədrlik etmiş qabaqcıl təhsil işçisi Əvəz Mahmudov, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev və “Dostluq” Mədəniyyət Evinin əməkdaşı, fəal gənc Səadət Nəcəfova Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində qazandığı uğurlardan danışıblar. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bundan sonra da yüksək nailiyyətlərə imza atacağına inamlarını ifadə ediblər.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən mühüm səhifələrindən və həlledici dönüş nöqtələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ərəfəsindəyik. Heç şübhəsiz, 30 il ərzində zəngin və şərəfli yol keçən, ölkəmizin tərəqqisinə layiqli töhfələr verən, yeni, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdıran Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir. “Məlumdur ki, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində həm SSRİ miqyasında, həm də respublika səviyyəsində baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə üzləşməsinə səbəb olmuşdu. Xüsusilə də, müstəqilliyin bərpasından sonra respublikada hakimiyyəti ələ keçirən qüvvələrin milli maraqlara zidd siyasəti nəticəsində ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürməsi, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi və bir sıra digər mənfi hallar ölkənin taleyini sual altında qoymuş, müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Belə bir vəziyyətdə təcili və təxirəsalınmaz tədbirlər görmək zərurəti meydana çıxmışdı”, - deyən YAP Sədrinin müavini qeyd edib ki, tarixinin ən çətin sınaqlarından biri ilə qarşı-qarşıya qalan Azərbaycan xalqı ümidini müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, daim xalqın ali mənafeyini və dövlətçilik maraqlarını rəhbər tutan liderə bağlamışdı. Bu lider və tarixi şəxsiyyət məhz Heydər Əliyev idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi Ümummilli Liderə sarsılmaz inam və etimadın ifadəsi idi. Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi, həmin il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi və Ulu Öndərin partiyanın Sədri seçilməsi tarixi hadisə oldu. Güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yerini tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirdi. YAP müstəqil Azərbaycanın maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Ölkəmiz 1993-2003-cü illərdə Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazandı, sabitlik adasına, inkişaf diyarına, etibarlı tərəfdaşa və güclü dövlətə çevrildi.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçildikdən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Beləliklə, Azərbaycan ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqillik və tərəqqi yolunda əmin addımlarla irəliləyərək Zəfər zirvəsinə yüksəldi.

Bildirilib ki, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın Sədri, dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır.

Tahir Budaqov qeyd edib ki, VII qurultaydan sonra təşkilatlanma, kadr və struktur dəyişiklikləri, partiyanın normativ hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi, uçot sisteminin təkmilləşdirilməsi, partiyanın ictimai-siyasi proseslərdə iştirakı və beynəlxalq əlaqələrinin genişləndirilməsi kimi istiqamətlərdə məqsədyönlü tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir. Sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir, onun beynəlxalq aləmdə nüfuzunu artırır və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq reallaşdırılması nəzərdə tutulan bütün tədbirlər YAP-ın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, xüsusilə də ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən siyasətinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi və digər istiqamətlərdə böyük önəm daşıyır. Əlbəttə, partiyanın rayon (şəhər) təşkilatları Tədbirlər Planına uyğun olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, bütün tədbirləri yüksək səviyyədə təşkil etməlidirlər. 30 ilə yaxındır ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin siyasi kursuna uyğun fəaliyyətini davam etdirən YAP Sumqayıt şəhər təşkilatı da bu məsələləri diqqət mərkəzində saxlamalıdır. Məlum olduğu kimi, 1993-cü il fevralın 20-də təsis olunan YAP Sumqayıt şəhər təşkilatının sıralarında 1 oktyabr 2022-ci il tarixinə 28927 nəfər birləşmişdir ki, onlardan 15877 nəfəri qadınlar, 14001 nəfəri gənclərdir. Şəhər təşkilatının tərkibində 263 ərazi ilk partiya təşkilatı mövcuddur. Bu böyük potensial şəhər təşkilatının qarşısında duran bütün vəzifələrin mütəşəkkil qaydada və yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir.

“Şübhə yoxdur ki, yeni Azərbaycan gerçəkliyini yaratmış, 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Çünki Ümummilli Liderimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq”, - deyən Tahir Budaqov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup fəal gənc isə YAP Sumqayıt şəhər təşkilatı tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb