İDMAN


“Sumqayıt” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib

“Sumqayıt” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib

Bakı, 14 mart, AZƏRTAC

“Sumqayıt” futbol klubu yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2025-2026-cı il mövsümünün sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan S.Abdullazadə 15 yaşı olarkən, 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt edib. Premyer Liqada 79 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub. Futbolçu U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.