REGİONLAR


Sumqayıtda Beynəlxalq Ailə Günü qeyd edilib

Sumqayıt, 15 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində keçirilən Beynəlxalq Ailə Gününə həsr olunan tədbir gənc nəslin vətənpərvər, mənəvi dəyərlərə hörmət hisslərinin aşılanmasına həsr olunub. Ailə günü ənənəvi olaraq hər il mayın 15-də keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt Şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova iştirak ediblər.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev vətənin müdafiəsinə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə məsələlərinə hər zaman böyük önəm verib. Ötən dövr ərzində ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrilib. Uğurla həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik sevgisini bir daha nümayiş etdirdi. Hərbçilərimizin, əsgərlərimizin son damla qanınadək döyüşərək şəhadətə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik hissi yüksəkdir. Xalqımıza o böyük Zəfər sevincini yaşadan da məhz vətənpərvər Azərbaycan gəncləri oldu.

Qeyd olunub ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri əsl vətənpərvərlik örnəyidir.

Çıxış edən natiqlər bundan sonra da gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması üçün məqsədyönlü işlər həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.