REGİONLAR
Sumqayıtda Gənclər Evində qadın futbolçularla görüş
Sumqayıt, 3 may, Ətrabə Rzayeva, AZƏRTAC
Qadınlar arasında keçirilən futbol üzrə Azərbaycan çempionatının yüksək liqasına yekun vurulub. Sumqayıtın “Uğur” futbol klubu çempionatın qalibi olub. Bu münasibətlə Sumqayıtdakı Gənclər Evinin konfrans zalında komanda üzvləri ilə görüş keçirilib.
Görüşdə Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, “Uğur” futbol klubunun vitse-prezidenti Qəzənfər Abbasov, Şimal Regional Futbol Federasiyasının prezidenti Əbdül Məmmədov, futbol veteranı Telman Salahov, “Uğur” futbol klubunun qadınlardan ibarət baş məşqçisi Sabir Mütəllimov və komanda üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Elgün Hümbətov və digərləri qalibləri təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.
Qaliblərə Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.