REGİONLAR


Sumqayıtda incəsənət festivalı təşkil edilib

Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun “Sumqayıt”, E.Sabitoğlunun “Azərbaycan” mahnıları səslənib. Bununla yanaşı, Respublika müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında “Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, “Nağaraçılar ansamblı”, “Ümid” rəqs qrupunun çıxışları da alqışlarla qarşılanıb.

O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin “Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun “Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi A.Əliyevin ifasında Montinin “Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ifasında “Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun “Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun “Şıdırığı” əsərləri maraqla dinlənilib.

Festival çərçivəsində məktəbin rəsm şöbəsinin şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işləri sərgisinə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.