REGİONLAR
Sumqayıtın altı müəllimi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi olub
Sumqayıt, 27 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin nəticələri açıqlanıb. "Fərdi layihələr" kateqoriyasında qalib gələn layihələr arasında Sumqayıt məktəblərində çalışan altı müəllimin layihəsi də var.
Abşeron Regional Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, V.İbrahim adına 35 nömrəli tam orta məktəbin müəlliməsi Nigar Vəliyevanın "Şagird - diksiya klubu" layihəsi, Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin müəlliməsi Aygün Rəhimovanın "Özünü kəşf et - məktəblilərin uğurlu karyera yolunda şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi" layihəsi, Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin müəlliməsi Nailə Behbudovanın "Əqli və fiziki cəhətdən zəif uşaqlara psixoloji dəstək -"Qorxulara yox deyək!" layihəsi, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəlliməsi Elnarə Qurbanzadənin "Dinlə və öyrən" layihəsi, "Təfəkkür" liseyinin müəllimi Ceyhun Qədirovun "Elmi savadlılıq üçün FİZİKA" layihəsi və Sumqayıt şəhər 23 nömrəli orta məktəbin müəlliməsi İradə Həsənovanın "Kompleks modelləşmə və inkişaf edən yaradıcı təhsil mühitinin formalaşdırılması" layihəsi müsabiqədə qalib olub.