Sumqayıtın gerbi qəbul edilmişdir
Sumqayıt, 22 iyul (AZƏRTAC). Azərbaycanın iri sənaye şəhəri Sumqayıtın bundan sonra öz gerbi olacaqdır. İyulun 22-də şəhər aktivinin bu ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında şəhər gerbinin təqdimatı olmuşdur.
Şəhər gerbinin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş eskizlər mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, müsabiqəyə 50-yə yaxın eskiz qəbul edilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Sumqayıt sakinlərinin fikrincə, xüsusi komissiya tərəfindən seçilmiş gerb sülhsevər və pozitiv əhval-ruhiyyəli bu sahilyanı şəhərin tərəqqiyə can atması ideyasını inandırıcı şəkildə əks etdirir.
Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə edəcəkdir. Bundan sonra Sumqayıt müəssisələrində buraxılan bütün məhsulların üzərinə Sumqayıtın gerbi vurulacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]