CƏMİYYƏT


Suraxanı rayonunda mənşəyi məlum olmayan 260 kiloqram heyvan cəmdəyi aşkarlanıb

Bakı, 14 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində qanunsuz fəaliyyət göstərən ət emalı sexində reyd keçirilib.

Reyd zamanı Novruzov Eyvaz Əli oğlu tərəfindən ümumi sahəsi 6 sot hasarlanmış ərazidə iki otaqdan ibarət olan və antisanitar şəraitdə mal başlarının emalı və ətin sümükdən ayrılması prosesinin həyata keçirildiyi məlum olub.

Araşdırma zamanı emal sahəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə emal olunmuş və satışa təqdim edilməsi nəzərdə tutulan ümumi çəkisi 260 kiloqram heyvan cəmdəyi hissələri (baş, ayaq və qarın) aşkar edilib. Eyni zamanda həmin məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.