MƏDƏNİYYƏT


Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu təsdiqlənib

Bakı, 11 avqust, AZƏRTAC

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir.

Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.