Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONOVA

Hörmətli Emoməli Şaripoviç,

Milli bayram – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Tacikistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın və ölkələrimizin mənafeləri naminə, regionda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Emoməli Şaripoviç, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Tacikistan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin