Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONOVA

Hörmətli Emoməli Şaripoviç,

Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizi və Tacikistan xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, qardaş Tacikistan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin