ELM VƏ TƏHSİL


TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin xanımı Lesli Harnişlə görüşmüşdür.

Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, xanım Lesli Harniş sağlamlıq imkanları məhdud uşaqlar üçün hazırlanan proqram haqqında söhbət açmışdır. Sağlamlıq imkanları məhdud şəxslər üçün Milli Proqramın hazırlanmasında rəhbəri olduğu «World Vision» (Dünyaya Baxış) təşkilatının layihəsinin əsas götürüldüyünü bildirən qonaq, həmin layihənin birgə müzakirəsinin vacibliyini söyləmişdir.

Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidentinin xanımı, “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun prezidenti Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud şəxslərə göstərdiyi xüsusi qayğıdan danışmış və hazırlanan proqramın mühüm əhəmiyyət kəsb edəcəyini bildirmişdir.

Nazir, həmçinin sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müəssisələrin 5 illik inkişaf proqramının hazırlanması ilə əlaqədar işçi qrupunun yaradıldığını söyləmişdir.

Görüşdə sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilməklə bir neçə pilot məktəbəqədər tərbiyə müəssisəsinin yaradılması, adi təlim siniflərinə daxil ediləcək bu uşaqların həftədə bir dəfə müayinə edilməsi, Milli Proqramla işçi qrupunun tanış olması və digər məsələlər də müzakirə edilmişdir. Pilot layihəsinin həyata keçirilməsinə bu ilin sentyabrından başlanacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.