ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULUNUN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayon mədəniyyət evində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2002/2003-cü tədirs ilində ümumtəhsil məktəbləri məzunlarının ali məktəblərə qəbulunun yekunlarına dair zona müşavirəsi keçirilmişdir. Müşavirədə Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar və Neftçala rayonları təhsil şöbələrinin müdirləri, ümumtəhsil məktəblərinin direktorları iştirak etmişlər.
Müşavirədə çıxış edənlər respublika təhsil sistemində həyata keçirilən islahatların uğurlu nəticələrindən, bu il ali və orta ixtisas məktəblərə qəbulun yekunlarından danışmış, tələbə qəbulu işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması sahəsində təklif və tövsiyələrini bildirmişlər.