İQTİSADİYYAT


TƏLİM MƏŞĞƏLƏLƏRİNİN İŞTİRAKÇILARINA SERTİFİKATLAR VERİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Bakıdakı Regional Tədris Mərkəzində SKAD III layihəsi çərçivəsində “Sərhədlərdən narkotiklərin qeyri-qanuni keçirilməsinin qarşısının alınması”na dair Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin 40 nəfər əməkdaşı üçün təşkil olunmuş təlim məşğələləri başa çatmışdır.

İştirakçılar narkotiklərin aşkarlanmasında beynəlxalq təcrübədə istifadə edilən forma və metodlarla tanış olmuş, bu sahədə görülən işləri daha da təkmilləşdirmək üçün Dövlət Gömrük Komitəsinə verilmiş texniki avadanlıqla iş qaydalarını öyrənmişlər. Təlim prosesində yük və minik avtomobillərində, sərnişin qatarları və təyyarələrində gizlədilməsinin əsas üsullarının təhlili, narkotik maddələrin aşkarlanması, nəzarət-yoxlama zamanı hər bir gömrük əməkdaşının əsas öhdəlikləri və s. mövzularda məşğələlər keçirilmişdir. Yekunda iştirakçılara sertifikatlar verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.