Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TANZANİYA BİRLƏŞMİŞ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BENCAMİN UİLYAM MKAPAYA

Hörmətli cənab Prezident, 

Tanzaniya Birləşmiş Respublikasının milli bayramı – İttifaq günü münasibətilə Sizi və bütün Tanzaniya xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tanzaniya arasında yaranan əlaqələr inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tanzaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin