MƏDƏNİYYƏT
TARİXİ ABİDƏLƏRİ BƏRPA ETMƏK ÜÇÜN
Dünya Bankının Bakı ofisindən AZƏRTAC-a daxil olmuş məlumata görə, Cüzeppe Fantofzen başda olmaqla Bankın nümayəndə heyəti “Mədəni irsin qorunması” layihəsi çərçivəsində yaradılmış işçi qrupunun işini fəallaşdırmaq üzrə müzakirələr aparmaq üçün Bakıya gələcəkdir.
Dünya Bankının nümayəndələri Şirvanşahlar sarayının, Möminə xatın türbəsinin, Şəki xanları sarayının bərpa edilməsini nəzərdə tutan layihənin ayrı-ayrı bəndlərinin yerinə yetirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin müxtəlif qurumlarının rəhbərləri ilə görüşlər keçirəcəklər. Xatırladaq ki, Dünya Bankı bərpa işlərinə 7,5 milyon dollar ayırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]