İQTİSADİYYAT
TƏRTƏRLİLƏR XOCALI FACİƏSİNİN 14-cü İDÖNÜMÜNÜ QEYD EDİRLƏR
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə, bütün yaşayış məntəqələrində ədəbi-bədii gecələr keçirilir, soyqırımını əks etdirən videofilmlər nümayiş etdirilir, stendlər, fotoguşələr yaradılır. Rayon mədəniyyət evinin foyesində təşkil olunmuş stenddə Xocalı faciəsində 613 nəfərin şəhid olduğu, 1275 nəfərin əsir düşdüyü, 7 ailənin tamamilə məhv edildiyi, 200 ailənin başçısını itirdiyi, 27 ailədən yalnız bir nəfərin sağ qaldığı vurğulanır. Erməni cəlladlarının tarixdə görünməmiş vəhşilikləri, günahsız insanların başına gətirdikləri müsibətlər barədə faciə iştirakçılarının söhbətləri dinlənilir, dəyirmi masalar, görüşlər, ümumtəhsil məktəblərində “Xocalı faciəsi məktəblilərinin gözü ilə” mövzusunda inşa yazı müsabiqələri keçirilir, ədəbi-bədii kompozisiyalar göstərilir.
Faciə günündə şəhidlərin xatirə kompleksində anma mərasimləri keçiriləcək, şəhidlərin ruhuna dualar oxunacaq, ehsan veriləcəkdir.
X X X
Yevlax, Ağdam, Ağcabədi, Laçın, Bərdə, Beyləqan və Füzuli rayonlarında da Xocalı faciəsinin 14-cü ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilir.