Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

Siz TASS agentliyinə müsahibənizdə vaxtilə demişdiniz: “Dövlətin davamlı inkişafı yalnız o halda mümkündür ki, addımlar düzgün planlaşdırılmış olsun”. Azərbaycanın bugünkü uğurları, sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun möhkəmlənməsi Sizin daxili və xarici siyasətdə atdığınız ardıcıl addımların nəticəsidir.

Sizin qətiyyətiniz və əzmkarlığınız, möhkəm rəhbər iradəniz həmişə ölkənin qələbələrinin həlledici qüvvəsi olmuş Azərbaycan xalqının zəngin mənəvi və yaradıcı potensialını səfərbər etməyə imkan verib.

Siz ölkə vətəndaşları üçün cəmiyyətə fədakarcasına xidmət nümunəsi olmusunuz.

TASS agentliyi Azərbaycanın həyatı ilə bağlı hadisələrin işıqlandırılmasına böyük diqqət yetirir. Ümidvaram ki, informasiya sahəsində əməkdaşlığımız keyfiyyətcə yeni formada davam edəcək.

Bu əlamətdar gündə ən səmimi arzularımı qəbul edin. Sizə sülh, rifah, cansağlığı, firavanlıq və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

Sergey Mixaylov

TASS İnformasiya Agentliyinin baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin