Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“TEKFEN İnşaat” şirkətinin prezidenti Levent Kafkaslıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına “Tekfen İnşaat” şirkəti adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq istərdim.

Azərbaycan Respublikasının iqtisadiyyatda və sosial sahədə qazandığı mühüm uğurlar, ölkənin bu günü və gələcəyi naminə genişmiqyaslı layihələrin reallaşdırılması və islahatların aparılması Sizin rəhbərliyiniz ilə həyata keçirilən quruculuq işlərinin nəticəsidir. 2015-ci ildə tarixi nailiyyət olan birinci Avropa Oyunları, bu il keçirilən İslam Həmrəyliyi Oyunları bütün dünyaya Azərbaycanın sürətlə inkişaf etdiyini göstərdi.

Çox hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Levent Kafkaslı

“TEKFEN İnşaat” şirkətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin