ELM VƏ TƏHSİL
TEXNİKİ UNİVERSİTETDƏ FACİƏNİN İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Azərbaycan Texniki Universitetində 20 Yanvar faciəsinin 14-cü ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
Təhsil ocağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rektor Havar Məmmədov 20 Yanvar hadisələrinin səbəbləri barədə danışmışdır. O xatırlatmışdır ki, xalqımız üçün faciəli günlərdə ümummilli liderimiz Heydər Əliyev təzyiqlərə baxmayaraq, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, qanlı aksiyanın müəlliflərini qətiyyətlə pisləmişdir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra isə onun səyi və təşəbbüsü ilə həmin hadisəyə siyasi qiymət verilmişdir.
Digər çıxış edənlər xalqımızın böyük oğlu Prezident Heydər Əliyevə Tanrıdan rəhmət diləmiş, onun bütün arzularını həyata keçirmək üçün Prezident İlham Əliyevi daim dəstəkləyəcəklərini bildirmişlər.
Mərasim tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]