RƏSMİ SƏNƏDLƏR
T.İ.SİNYAVSKAYAYA “AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycanda opera sənətinin inkişafında və Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Tamara İlyiniçna Sinyavskayaya “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı verilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2002-ci il