ELM VƏ TƏHSİL
TÜRKİYƏ ARXEOLOQLARI QƏDİM FRAKİYANIN BİR ŞƏHƏRİNİN QALIQLARINI AŞKAR ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Memar Sinan Universitetinin arxeoloji ekspedisiyası Təkirdağ ərazisində qədim Frakiyanın eramızdan 2000 il əvvəl mövcud olmuş Herayon Teykos şəhərinin qalıqlarını aşkar etmişlər.
Universitetin arxeoloqları Təkirdağın Karaevli kəndində yer altında olan bu şəhərin qalıqlarını tapmaq üçün 6 il tədqiqat aparmışlar. Ekspedisiyanın rəhbəri professor Neşe Atik bildirmişdir ki, Frakiya sivilizasiyası haqqında məlumatlar çox səhih olduğundan, bu tapıntının əhəmiyyəti böyükdür. Qazıntılar zamanı onlara məxsus çoxlu sayda qızıl və gümüş əşyalar, çini qablar və geyim məmulatı aşkar olunmuşdur. Bu, dənizkənarı şəhərin sakinlərinin zəngin olduğunu göstərir. Tapılmış 477 qədim sikkə və bir sıra arxeoloji əşya Təkirdağ muzeyinə təhvil verilmişdir. Arxeoloqlar şəhər qalıqlarının turizm baxımından da əhəmiyyət daşıdığını bildirirlər.