Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB BÜLƏND ECEVİTƏ

Hörmətli cənab Baş nazir,

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Dost və qardaş Türkiyənin dövlətçiliyin möhkəmləndirilməsində, cəmiyyətin həyatının bütün sahələrində qazandığı nailiyyətləri yüksək qiymətləndirirəm.

Əminəm ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımız arasındakı dostluq tarixin bütün sınaqlarından çıxaraq əbədi yaşayacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Türkiyə xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin